Bakıda düşes istehsalçısına qarşı iş qaldırılıb
12 İyul 2012 Cümə Axşamı 19:16
Sahibkar içkinin istehsalında şəkər əvəzinə şəkər əvəzləyicisindən istifadə edirdi.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rauf Novruzova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes limonadlarının etiketində məhsulun istehsalında şəkər tozundan istifadə olunmasının göstərildiyi halda, məhsulun şəkər əvəzləyicisindən hazırlandığı aşkar edilib.
İstehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Rauf Novruzov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: