Bakıda bir nəfər dönərdən zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, ötən gün təcili yardıma qida zəhərlənməsi ilə 2 müraciət daxil olub. Onlardan biri dönərdən, biri isə qarışıq qidadan zəhərlənib. Zəhərlənənlərin hər iksi xəstəxanaya yerləşdirlib.
Qeyd edək ki, bir neçə gün öncə dönərdən 3 nəfər televiziya işçisi də zəhərlənmişdi.
Ötən gün, həmçinin günvurma ilə bağlı stansiyaya 2 müraciət daxil olub. Hər iki fakt Xətai rayonunda qeydə alınıb. 18 yaşlı qıza və 33 yaşlı kişiyə evdə ilkin tibbi yardım göstərilib.
İyulun 27-də isə bir nəfər suda boğulub. Suda boğulma faktı Türkan çimərliyində qeydə alınıb. 70 yaşlarında şəxsiyyəti naməlum olan kişi meyidi sudan çıxarılıb.
Bakıda dönərdən zəhərlənmə faktları artır
Ötən gün daha bir nəfər dönərdən zəhərlənib.




Şərhlər