Bakıda dənizə balıq tutmağa gedən gənc dənizdə itkin düşdü
06 Aprel 2012 Cümə 16:52
Onun suda batdığı zənn edilir
Bakının Xəzər rayonu Türkan qəsəbəsi ərazisində Xəzər dənizində bir nəfər batıb. ANS PRESS-in Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev dənizdə boğulub.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ricat Əliyev çimmək məqsədilə dənizə gedib və sonradan yoxa çıxıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına başlayıb.

Ricat Əliyevin yaxınlarının ANS PRESS-ə verdikləri məlumata görə, ötən gün saat 11:00 radələrində paytaxt sakinləri Ricat və digər 2 nəfər Xəzərə balıq tutmaq məqsədilə gediblər. Onlar qayıqla dənizə çıxıblar və bir müddət sonra qayıq su buraxmağa başlayıb. Yoldaşlar düşərək xilas olmağa çalışıb. 2 nəfər sudan çıxsa da, Ricat Əliev itkin düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar