Bakıda dəfn mərasimində baş verən münaqişə atışma ilə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 22-də saat 14.00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindəki qəbiristanlıqda Samir Ağayevin dəfn mərasimində Ağdam rayon sakini Nicat Məmmədov Zabrat qəsəbə sakini Mahir Əsədullayevlə münaqişə etdikləri üçün Zabrat qəsəbə sakini Hacı Vəliyev "TT" markalı tapançadan havaya bir dəfə atəş açıb.
Sabunçu rayon Polis İdarəsi 13-cü və 15-ci polis bölməsi əməkdaşları tərəfindən H.Vəliyevin evinə baxış keçirilərkən oradan 1 ədəd xaricdə istehsal olunan "TT" markalı, 1 ədəd "DQFM" markalı, 1 ədəd "Barabella" markalı tapançalar və 19 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Vəliyev və atası Xeybər Vəliyev saxlanılıb.
Bakıda dəfn mərasimində atəş açıldı
Zabrat sakini münaqişə edən iki nəfəri ayırmaq üçün havaya atəş açıb




Şərhlər