Bakıda dam uçdu, yaralılar var
21 Mart 2014 Cümə 17:02
Sabah günün ikinci yarısından etibarən külək dayanacaq və temperatrur yüksəlməyə başlayacaq.
Sabahdan yaz havası müşahidə edilməyə başlayacaq. Ekologiya və Təbii Səvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Hidrometroloji Proqnozlar bürosundan verilən məlumata görə, sabah günün ikinci yarısından etibarən külək dayanacaq və temperatrur yüksələcək.
Büronun direktor müavini Gülşad Məmmədovanın sözlərinə görə, martın 23-dən 28-nə qədər havalar isti keçəcək. Bölgələrdə də vəziyyət eyni olacaq.
Bir necə gündür respublika ərazisində hökm sürən küləkli hava şəraiti fəsadsız ötüşməyib. Paytaxtın bəzi yerlərində ağacların qırılması nəticəsində sakinlərə ciddi ziyan dəyib. Məsələn, Bakıxanov qəsəbəsində ağacın aşması nəticəsində qaz xətti ikiyə bölünməklə yanaşı ərazidə olan evlərə də ciddi ziyan dəyib. Sabunçu rayonunuda da mənzillərdən birinin dam örtüyünün uçması səbəbindən ailə üzvlərinə ciddi ziyan dəyib. Digər bir hadisə isə Binəqədi rayonunda qeydə alınıb. İlqar Kərimov küçəsində də evin uçan damının bir hissəsi qonşunun həyətinə, bir hissəsi isə qonşunun maşının üstünə düşüb.
Güclü külək bölgələrdən də yan keçməyib. Şəki, Qax, Zaqatala bölgəsinədə ciddi ziyan dəyib. Külək 30-a yaxın elektrik dirəyini aşırıb. Küləyin təsirindən aşan ağacların çoxu elektrik xətlərinin üstünə düşüb və nəticədə elektrik xətləri qırılıb.
DOSTLARINLA PAYLAŞ: