Hadisə

Bakıda daha bir nəfəri əqrəb sancdı

Hadisə Binəqədi rayonunda baş verib.

· Xəbərçi
Bakıda daha bir nəfəri əqrəb sancdı
Ötən gün saat 19:00 radələrində Bakıda 50 yaşlı kişini əqrəb sancıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, iyulun Binəqədi rayonu, Xocahəsən qəsəbəsində “28 may” küçəsində yaşayan 50 yaşlı Pirvəli Zahidovu elə öz həyətində əqrəb sancıb.

Hadisə yerinə təcili tibbi yardım həkimləri çağrılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.

Şərhlər