Hadisə

Bakıda civə alverçiləri tutuldu

Bakıda civə alverçiləri tutuldu. Onlar iş başında saxlanılıblar.

· Xəbərçi
Bakıda civə alverçiləri tutuldu
Bakıda civə alveri ilə məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vüqar Heydərov və Emin Dadaşov 5 kiloqram civəni 20000 dollara satarkən tutulublar.

E.Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində civəni Hövsan qəsəbəsi, Abşeron Quşçuluq Sovxozunun ərazisində yaşayan Səməd Mövlamovdan alması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mövlamov tutulub, onun həyətinə baxış zamanı oradan 65 kiloqram civə aşkar edilərək götürülüb. anspress

Şərhlər