Bakıda çimərlikdə kütləvi dava: 1 nəfər bıçaqlandı
22 İyun 2012 Cümə 11:12
Hadisə Hövsan qəsəbəsində baş verib.
Bakıda çimərliklərin birində kütləvi dava düşüb. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində, “Günəşli” çimərliyində 10-a yaxın insan arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Kütləvi davada bir nəfər bıçaq xəsarəti və müxtəlif dərəcəli bədən zərbələri alıb.

Döyələn şəxs İlqar Adil oğlu Zəngəliyevdir. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İşi Suraxanı rayon Polis İdarəsinin müstəntiqi İdris Mikayılov araşdırır.

Davanın digər iştirakçıları hadisə yerindən qaçsalar da onların kimliyi təxmin edilib. Hazırda onların tapılması istiqamətində işlər görülür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar