Bakıda bomba xəbəri həyəcana səbəb oldu
Yalan məlumat verən Bakı şəhər sakini 26 yaşlı Ruslan Əsədov tutulub.
Ötən gecə Azərbaycan paytaxtında bazara bomba qoyulması barədə polisə məlumat daxil olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, naməlum şəxs “102 Zəng Mərkəzi”nə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat verib. Nərimanov rayonu 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Yalan məlumatı verən Bakı şəhər sakini 26 yaşlı Ruslan Əsədov tutulub.




Şərhlər