Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən inzibati binaya partlayıcı qurğu qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmiş və hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə axtarış işləri aparıb. Axtarış nəticəsində həmin binada şübhəli əşya aşkar edilməyib.
Bakıda bomba həyəcanı
FHN əməkdaşları hadisə yerinə yollanıb




Şərhlər