Bakıda BMW piyadanı vurdu
01 İyun 2010 Çərşənbə Axşamı 16:25
Bakıda BMW piyadanı vurdu. Hadisə “Gənclik” metrostansiyasının yanında baş verib.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 31-i saat 17.55 radələrində metronun Gənclik stansiyasının yaxınlığında baş verib.

Türkiyə vətəndaşı Mustafa Gülsevgi “BMW” markalı avtomaşını idarə edərkən Biləcəri qəsəbə sakini Qaragöz Məmmədalıyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Məmmədalıyeva həkimlərin bütün səylərinə baxmayaraq orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar