Bakıda binanın uçma səbəbləri məlum olub
13 Mart 2010 Şənbə 14:25
1946-cı ildə inşa edilmiş binanın uçmasına qrunt suları səbəb olubmuş
Bakıda iki mərtəbəli binanın uçma səbəbi məlum olub. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, martın 12-si saat 12:15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi 10/11 ünvanında binanın uçması barədə məlumat daxil olub.

Dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb edilərək aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1946-cı ildə özülü büt daşından və çiy kərpicdən inşa olunmuş ikimərtəbəli yaşayış binası qrunt sularının qalxması, qar və yağış sularının təsiri nəticəsində uçub. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb və həmin binada olan 36 nəfəri təxliyyə edib.

Həmçinin, dağıntılar nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmış bir nəfəri xilas ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar