Bakıda bina yandı: 14 nəfər xəsarət alıb
11 Fevral 2014 Çərşənbə Axşamı 11:24
Yasamal rayonunda baş verən yanğın zamanı xəsarət alanlardan beş nəfər xəstəxanaya çatdırılıb.
Ötən gecə saat 23:30 radələrində Bakının Yasamal rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Dadaş Bünyadzada 11 E ünvanında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın zamanı binanın sakinləri evakuasiya olunub. Hadisə zamanı sakinlərdən 14-nün vəziyyəti pisləşib. Onlara təcili yardım köməklik göstərib.
Xəsarət alanlardan 5 nəfər xəstəxanaya aparılıb.
Xəsarət alanlar aşağıdakılardı:
Tahur Məmmədov (56 yaş)
Əli Mirzəyev (45 yaş)
Qızxanım Rəsulova (70 yaş)
Yaşar Əliyev (42 yaş)
Lalə Məmmədova (48 yaş)
Püstə Salamova (80 yaş)
Xalidə Ramazanova (24 yaş)
Vüsalə Məmmədova (38 yaş)
Aliyə Mahmudova (38 yaş)
Mehdi Musayev (30 yaş)
Mirxədicə Qəzənfərova (42 yaş)
Məryam Mahmudova (19 yaş)
Ruhiyyə Musayeva (32 yaş)
Elman Musayev (30 yaş)
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 18 p.m və pilləkan qəfəslərində 72 ədəd elektrik sayğacında baş verib.
Yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyə edilib. Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
DOSTLARINLA PAYLAŞ: