Hadisə

Bakıda bıçaqlanma hadisəsi olub

Yaralı iki bıçaq zərbəsi ilə xəstəxanaya çatdırılıb.

· Xəbərçi
Bakıda bıçaqlanma hadisəsi olub
Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, 30 yaşlı Ziya Nəriman oğlu Hüseynov NZS qəsəbəsində naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Onda iki bıçaq yarasının olduğu müəyyənləşib.

Faktla bağlı Xətai rayon Polis İdarəsi və 37-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Ziya Hüseynovun hansı şəraitdə və kimlər tərəfindən bıçaqlandığı araşdırılır. ANSPRESS

Şərhlər