Hadisə

Bakıda bıçaqlanma hadisəsi baş verib

19 yaşlı Siyəzən sakini naməlum şəraitdə bıçaqlanıb.

· Xəbərçi
Bakıda bıçaqlanma hadisəsi baş verib
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Atatürk parkı ərazində meydana gəlib. Siyəzən rayonu sakini 19 yaşlı Ağayev Mirzə Eldar oğlu həmin parkda naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal dostları tərəfindən 1 saylı şəhər xəstəxanasına gətirilib. İlkin müayinə zamanı Mirzənin sol bud nahiyəsində 3 kəsilmiş-deşilmiş yara aşkar edilib. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyytənin normal olduğu bildirilir. Faktla bağlı Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsində təhqiqat araşırmaları aparılır.

Şərhlər