Hadisə

Bakıda bıçaqlanma hadisəsi

Sabunçu sakini həmyerlisini kürəyindən bıçaqladı

· Xəbərçi
Bakıda bıçaqlanma hadisəsi
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər baş Polis İdarəsindən AN PRESS-ə verilən məlumata görə, hadisə fevralın 26-sı saat 16 radələrində baş verib.
Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində həmin qəsəbə sakini Şamil Novruzzadə münaqişə zəminində Rauf Sadıxovun kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb.

Zərəçəkən R.Sadıxov 3 saylı şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qalır.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axdarış tədbirləri nəticəsində Ş.Novruzzadə tutularaq istintaqa verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər