Bakıda bacı-qardaş dəm qazından zəhərlənib
09 Fevral 2014 Bazar 15:32
Zəhərlənən şəxslər 1 saylı kliniki xəstəxananın toksikologiya şöbəsinə yerləşdiriliblər.
Bakıda bacı-qardaş dəm qazından zəhərlənib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, Nizami rayonu Əzimzadə küçəsi 17 ünvanında yaşayan 24 yaşlı Vəliyeva Səbinə və 7 yaşlı Vəliyev Asiman günorta saatlarında dəm qazından zəhərləniblər.
Bacı-qardaşın 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstələrin vəziyyətinin normallaşdığını bildirir.
Xatırladaq ki, bir neçə gün bundan öncə Bakı şəhəri, Sabunçu rayon Ramanı qəsəbəsində yaşayan bir ailənin dörd üzvü gecə saatlarında zəhərlənib.
11 yaşlı bir uşaq olmaqla, 21 və 27 yaşlı gənc və 48 yaşlı qadın zəhərlənmə diaqnozu ilə 1 saylı kliniki xəstəxananın toksikologiya şöbəsinə yerləşdiriliblər.
DOSTLARINLA PAYLAŞ: