Hadisə

Bakıda axtarışda olan şəxs tutulub

25 yaşlı Elşən Canıyev soyğunçuluq etdiyinə görə axtarışda olub

· Xəbərçi
Bakıda axtarışda olan şəxs tutulub

Bakı şəhərində axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 25 yaşlı Elşən Canıyev Azərbaycan Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olub. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Caniyev yaxalanıb. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

Anar Məmmədov /ANS PRESS/

Şərhlər