Bakıda avtomobil satışı mərkəzində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Yanğın dünən saat 21.00 radələrində, Sabunçu rayonu ərazisində, “Kaspian-Petrol” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən “Best” avtosalonunda meydana gəlib.
Hadisə yerinə Nizami və Nərimanov rayonlarının Yanğından Mühafizə İdarələrinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Bakıda avtomobil salonunda yanğın baş verib
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşını almağa müvəffəq olub




Şərhlər