Bakıda avtobus yolda dayanan şəxsi vurdu
Hadisə Lökbatan qəsəbəsi ərazisində baş verib.
Ötən gün gecə saatlarında Bakının Lökbatan qəsəbəsində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Abbas Quliyev “Shacman” markalı avtomaşını idarə edərkən, onu yolun kənarında saxlanılmış, Lerik rayon sakini Qalib Hümbətova məxsus “Mercedes” markalı avtomaşına vurub. Nəticədə avtomaşının yaxınlığında dayanmış Q.Hümbətov hadisə yerində ölüb.




Şərhlər