Hadisə

Bakıda avtobus "Şəfa" stadionuna girdi, yaralılar var

Qəza zamanı 7 nəfər xəsarət alıb

· Xəbərçi
Bakıda avtobus "Şəfa" stadionuna girdi, yaralılar var
Bu gün saat 12:30 radələrində Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə Nizami rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 11 saylı avtobus idarəetməni itirərək "Şəfa" stadionuna girib.

Hadisə şahidlərinin dediklərinə görə, avtobus əvvəlcə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyoto-Prado" markalı avtomobilə, daha sonra stadiona çırpılıb. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı 7 nəfər xəsarət alıb.

Foto: Trend

Şərhlər