Hadisə

Bakıda arvadından ayrıldığı üçün depressiyaya düşən 40 yaşlı kişi öldü

Tənha yaşayan kişi ürək tutmasından dünyasını dəyişi

· Xəbərçi
Bakıda arvadından ayrıldığı üçün depressiyaya düşən 40 yaşlı kişi öldü
Ötən gün Bakının Nizami rayonu ərazisində 40 yaşlı kişi qəfildən ölüb. Nizami rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 26 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Kamil Cahangir oğlu Ələkbərov yaşadığı mənzildə ölüb. Məlumata görə, Kamil Ələkbərov bir müddət əvvəl həyat yoldaşından ayrılıb və qadın uşaqları da götürərək evdən gedib. Bundan sonra tənha yaşayan K.Ələkbərov depressiyaya düşüb. Aprelin 26-da isə o, qəfildən ölüb. İlkin ehtimala görə, 40 yaşlı kişi ürək tutmasından dünyasını dəyişib.

Faktla əlaqədar ekspertiza təyin olunub, araşdırma aparılır.

Şərhlər