Bakıda aptek və mağazalardan oğurluq və oğurluğa cəhd edən şəxslər tutulub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 8-də Lökbatan qəsəbə sakini Zəfər Əsədova məxsus İ.Nəbiyev küçəsində yerləşən mağazadan qapının qıfılını sındırmaq yolu ilə pul, danışıq kartları və ərzaq məhsulları oğurlanıb. Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qəsəbə sakinləri Pərviz Əliyev və Cəlal Quliyev hadisədə şübhəli bilinərək saxlanılıb.
Aparılan araşdırma zamanı müəyyən olunub ki, onlar fevralın 7-də həmin qəsəbədə Vahid Zeynalovun mağazasından 104 manat oğurlayıblar, Səlim Salmanov və Akif Hacıyevə məxsus apteklərdən isə qapını sındırmaq yolu ilə oğurluğa cəhd ediblər.
Araşdırmalar davam edir. ANSPRESS
Bakıda aptek və mağazalardan oğurluq edən şəxslər tutulub
Hadisə Lökbatanda baş verib.




Şərhlər