Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “VAZ-21011” və “Mercedes” markalı 2 minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobillərdə olan 3 nəfər yaralanıb, şəxsiyyəti məlum olmayan “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü isə hadisə yerində ölüb.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 01:02-də başa çatıb.








Şərhlər