Bakıda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 18-də saat 19.00 radələrində Səbail rayonu ərazisindəki S.Məmmədov küçəsində baş verib.
Bakı şəhər sakini Taleh Əlizadə idarə etdiyi "Moskviç-Oda" markalı avtomaşınla Quba rayon sakini Solmaz Aslanovanı vurub. Nəticədə S.Aslanova elə hadisə yerində ölüb.
Hadisənin kimin ucbatından baş verdiyi Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
Bakıda agır yol qəzası
Solmaz Aslanovan hadisə yerində ölüb




Şərhlər