Bakıda ağır yol-nəqliyyat hadisəsi
24 Noyabr 2010 Çərşənbə 05:15
Suraxanı rayonunda naməlum sürücü piyadanı vuraraq qaçıb
Ötən gecə Suraxanı rayonu ərazisndə piyadının vurulmasıyla nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Rayonun “Komsomol” dairəsi yaxınlığında baş verən yol qəzası zamanı yolu keçmək istəyən piyada naməlum avtomobil tərfindən vurulb. Şahidlərin bildirdiyinə görə, piyadanı vuran avtomobil hadisə yerindən qaçıb. Ağır xəsarətlər alan zərəçəkmiş yoldan keçən avtomobil sürücülərdən birinin köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Klinikanın həkim-travmatoloqu Loğman Məmmədov yaralının vəziyyətinin ağır olaraq qaldığını bildirir: “Yaralı qəzadan sonra çox ağır vəziyyətdə klinikamza daxil olub. Aparılan rentgenlər nəticəsində məlum olub ki, onda qapalı kəllə beyn travması, körpücük simyün qırığ kələ beyi travması var. Reanimasion tədbirlər aparılıb. Vəziyyəti ağır olaraq qalır”.

Xəstə klinikaya daxil oalrkən onün üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tapılmayıb. Ona görə də o, xəstəxanada naməlum şəxs kimi qeydiyyata götürülüb. Yol nəqliyyat hadisəsi ilə bağlı isə Suraxanı rayon polis idarəsində araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar