Hadisə

Bakıda 7 əcnəbi saxlanıldı

Gürcüstan və Türkiyə vətəndaşları Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriliblər

· Xəbərçi
Bakıda 7 əcnəbi saxlanıldı
Bakı şəhərində bir neçə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qanunusuz olaraq yaşadığı məlum olub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, həmin şəxslər paytaxtın müxtəlif rayonlarında yaşayırlar.

Nərimanov rayonunda Gürcüstan vətəndaşı Rəşad Hümbətovun, Xətai rayonunda isə Türkiyə vətəndaşları Karataş Ahmedin, Aktaş Adem Mehmetin, Aktaş Ali Mehmetin, Çetin Kamil Bekirin, Gürcüstan vətəndaşları Fikrət Dəmirovun və Ülfət Əliyevin qeydiyyatsız yaşadıqları məlum olub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriliblər.

Şərhlər