Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 6 saylı Vərəm Əleyhinə Dispanserdə intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 52 yaşlı Habil adlı şəxs xəstəxananın damında özünü asıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, intihar edən şəxs xəstəxanada gözətçi işləyirmiş. Onun oğlunun kiməsə borclu olduğu və bu səbəbdən də kişinin narahat olduğu deyilir.
Bakıda 52 yaşlı kişi özünü xəstəxanada asdı
Hadisə 6 saylı Vərəm Əleyhinə Dispanserində baş verib.




Şərhlər