Bakıda 51 yaşlı kişi aləmə bir-birini vurdu
12 İyun 2012 Çərşənbə Axşamı 12:34
FHN əməkdaşları ictimai aşayişi pozan şəxsi saxlayıb.
Fövqəladə Hallar Nazirliyi Bakıda ictimai asayişi pozan kişini yaxalamağa kömək edib. ANS PRESS-in nazirliyin rəsmi saytına isitnadla verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 1961-ci il təvəllüdlü kişinin ictimai asayişi pozması, polis əməkdaşlarının həmin şəxsi zərərsizləşdirərkən onun qaçaraq mənzilinin qapısını içəridən bağlaması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş polis əməkdaşlarıın tələblərinə tabe olmur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaradıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar