Ötən gecə saat 22:20 radələrində Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 50 yaşlı kişi döyülüb. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəsəbənin Şadlınski küçəsi 10/2 ünvanında yaşayan Heydər İsmayılov naməlum şəxslər tərəfindən döyülüb. O təcili yardımın həkimləri tərəfindən 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırılıb. Onun ağır kəllə-beyin travması aldığı bildirilib.
Suraxanı rayonu Polis İdarəsinin 32-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisənin baş vermə səbəbləri araşdırılır. Heydər İsmayılov ağır vəziyyətdə olduğu üçün onun kimlər tərəfindnə döyülməsi barədə məlumat almaq mümkün olmayıb.
Bakıda 50 yaşlı kişi ölümcül döyüldü
Hadisə Qaraçuxur qəsəbəsində baş verib.




Şərhlər