Bakıda 45 yaşlı kişi bıçaqlanıb
10 İyul 2012 Çərşənbə Axşamı 06:03
Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində axtarışlar davam etdirilir.
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Atatürk prospekti 41 ünvanında baş verən hadisə zamanı 45 yaşlı Kərimov Əhəd Məhərrəm oğlu çoxsaylı bıçaq xəsarətləri alıb. Əhəd Kərimov bıçaqlanandan sonra o, təcili tibbi yardım avtomaşını ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilədən sonra yaralının həyatı həkimlər tərəfindən xilas edilib.
Qeyd edək ki, hadisə barəldə müvafiq olaraq Nərimanov rayon polis idarəsi və 16-cı polis bölməsinin əməkdaşlarına məlumat verilib. Hələlik Əhəd Kərimovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Hazırda Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən zərərçəkəni bıçaqlayan şəxsin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: