Hadisə

Bakıda 43 yaşlı kişi intihar edib

Mahir Həşimov dəniz kənarında yarımçıq tikilidə özünü asıb

· Xəbərçi
Bakıda 43 yaşlı kişi intihar edib
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Nardaran qəsəbəsində qeydə alınıb. Ramana qəsəbə sakini, 1969-cu il təvəllüdlü Mahir Yaşar oğlu Həşimov dəniz kənarında yerləşən yarımçıq tikilidə özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər