Bakıda 40 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb
28 Mart 2012 Çərşənbə 05:23
Zərərçəkmiş sərxoş olduğu üçün kim tərəfindən bıçaqlandığını bilmədiyini deyib.
Bakının Nərimanov rayonu Ağa Neymətulla küçəsi 75 ünvanında bıçaqlanma baş verib. Hadisə zamanı 40 yaşlı Əfəndiyev İlham Akif oğlu yaşadığı binanın yaxınlığında naməlum şəraitdə bıçaq xəsarəti alıb. Qarın nahiyyəsindən aldığı əsarətlər nəticəsində yaralı təcili tibbi yardım maşını ilə bir saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən Əfəndiyevin üzərində cərrahi əməliyyat aparılıb və onun həyatını xilas etmək mümkün olub.
Hadisə barədə məlumat daxil olan kimi Nərimanov rayon polis idarə və 17-ci polis bölməsinnin əməkdaşları ərazidə araşdırma aparıblar. Artıq faktla bağlı zərərçəkən İlham Əfəndiyevin polislər tərəfindən ilkin izahatı da alınıb. Nərimanov rayon polis idarəsindən verilən məlumata görə, zərərçəkən ifadəsində hadisə vaxtı sərxoş olduğunu və bu səbəbdən hansı şəraitdə və kim tərəfindən onu bıçaqaldığını xatırlamadığını bildirib.
Buna baxmayaraq İlham Əfəndiyevə bıçaq xəsarəti yetirən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirlir.
DOSTLARINLA PAYLAŞ: