Hadisə

Bakıda 3 qadın dəm qazından zəhərləndi

Zəhərlənən qadınlardan birinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.

· Xəbərçi
Bakıda 3 qadın dəm qazından zəhərləndi
Bakıda 3 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, ötən gün gecə saatlarında 3 qadın dəm qazından zəhərlənib.

Zəhərlənən qadınlardan birinin vəziyyəti ağır olduğu üçün 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlər orta yaşlarında olan xanımın vəziyyətinin normallaşdığını bildirirlər.

Digər zəhərlənən iki qadına isə hadisə yerindəcə ilkin tibbi yadım göstərilib. Zəhərlənənlərin 20-25 yaşlı qadınlar olduğu bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə də gecə saatlarında 4 qadın dəm qazından zəhərlənmişdi. Zəhərlənən qadınlar 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilmidilər.

Şərhlər