Hadisə

Bakıda 3 avtomobil toqquşdu: 1 ölü

Hadisənin səbəbi araşdırılır

· Xəbərçi
Bakıda 3 avtomobil toqquşdu: 1 ölü
Bu gün səhər saatlarında Bakının Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 08.30 radələrində Nobel prospekti 72 ünvanında qeydə alınıb. “KamAz” markalı yük avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub, daha sonra avtomobillərdən biri digər, 3-cü maşına dəyib. Nəticədə xəsarət alan sürücülərdən biri hadisə yerində keçinib.

Hadisə yerinə rayon polisinin əməliyyat-istintaq qrupu yollanaraq ilkin araşdırmalara başlayıblar. Ölənin kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, yol qəzası Nobel prospektində uzun tıxacın yaranmasına səbəb olub.

Şərhlər