Bakıda 27 yaşlı gənc evində ölü tapıldı
01 Fevral 2011 Çərşənbə Axşamı 10:45
İlkin ehtimala görə, Bakı sakini qazdan boğulub
Bakıda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nazirliyə Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə heç bir reaksiya vermir. Həmin mənzilin giriş hissəsində qaz qoxusunun gəlməsini nəzərə alaraq xilasedicilər mənzilə daxil olan qazı şəbəkədən ayırıb və təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açıb.

Mənzilə baxış keçirilərkən 27 yaşlı Qonoçkin Evgeni Viktoroviç hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılan müayinə nəticəsində E.Qonoçkinin vəfat etdiyi məlum olub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 10:23-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar