Bakıda 26 yaşlı oğlanın başı kəsilib
09 Aprel 2012 Bazar Ertəsi 10:13
Hadisə Xətai rayonunda baş verib
Ötən gün Bakının Xətai rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib. Xətai rayon Prokurorluğundan lent.az-a verilən məlumata görə, General Şıxlinski küçəsi ev 47, mənzil 55-də kirayədə yaşayan 1986-cı il təvəllüdlü Elmir Sultan oğlu Sultanov naməlum şəraitdə qətlə yetirilib. Məlumata görə, 26 yaşlı gəncin üzərində zorakılıq əlamətləri olan meyiti mənzildə tapılıb. Onun boğazı kəsilib. Hadisənin kim tərəfindən və nə səbəbdən törədilməsi məlum deyil.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, əməliyyat-istintaq tədbirləri aparılır.
DOSTLARINLA PAYLAŞ: