Bakıda 20 yaşlı qızı ölüm yatağında haqladı
18 Mart 2014 Çərşənbə Axşamı 10:54
Gənc qızın meyiti yataq otağında valideynləri tərəfindən aşkarlanıb.
Bu gecə Bakının Yasamal rayonu ərazisində bayram gecəsi bir ailədə bədbəxt hadisə baş verib.
Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, saat 01:56-da X.Mustafayev ünvanında yaşayan 20 yaşlı Zöhrə Bayramova huşsuz vəziyyətdə yatağında tapılıb. Onun huşsuz bədənini tapan ana təcili olaraq həkim çağırıb. Lakin qızın öldüyü məlum olub.
Araşdırmalar zamanı gənc qızın dəm qazından boğulduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: