Hadisə

Bakıda 2 qardaşdan külli miqdarda narkotik tapıldı

Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qardaşlar saxlanılıb.

· Xəbərçi
Bakıda 2 qardaşdan külli miqdarda narkotik tapıldı
Bakıda 2 nəfərdən külli miqdarda narkotik tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hafiz Abbasovdan 52 qramdan artıq tiryək tapılıb.

Onun mənzilinə baxış zamanı isə oradan 520 qram tiryək aşkarlanıb. Onunla eyni ünvanda yaşayan qardaşı Tərlanın üzərinə baxış zamanı isə 0,507 qram heroin aşkar edilib. Qardaşlar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər