Bakıda 2 gənc qız intihara cəhd etdi
20 Noyabr 2012 Çərşənbə Axşamı 10:51
Qızlar özlərini zəhərləyiblər
Dünən Bakıda iki azyaşlı qız özünü öldürmək istəyib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadidə paytaxtın Binəqədi və Nərimanov rayonları ərazisində baş verib.

Belə ki, Binəqəd rayonu, Binəqədi qəsəbəsində yaşayan 18 yaşlı Gültac Əsgərova özünü zəhərləyib. O, 4 qutu dərman içib. Gənc qızın huşsuz bədəni ailə üzvləri tərəfindən otağında aşkar edilib. Hadisə yerinə çağırılan həkimlərin səyi nəticəsində qızın həyatını xilas etmək olub.

Digər hadisə isə Nərimanov rayonunda baş verib. Burada yaşayan 17 yaşlı Günay Talıbzadə də intihara cəhd edib. Qız bunun üçün 3 qutu dərman içib. Hadisədən tez xəbər tutan qızın yaxınları onu həkimə aparıblar. Qız ölümün pəncəsindən birtəhər qurtulub. Hər iki qız xəstəxanada müalicə alır. Hazırda vəziyyətləri orta-ağırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar