Hadisə

Bakıda 16 mərtəbəli bina yanır

Hadisə yerinə adi çağırışla 7 yanğınsöndürən maşın cəlb olunub.

· Xəbərçi
Bakıda 16 mərtəbəli bina yanır
Bakının Nərimanov rayonu Arif Heydərov küçəsində 16 mərtəbəli bina yanır. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 16:30 radələrində binanın 14 mərtəbəsində baş verib.

Hadisə yerinə adi çağırışla 7 yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsinə cəhd edilir. Hələ ki, xəsarət alanlar haqqında məlumat verilmir.

Şərhlər