Bakıda 15 yaşlı qız ülgüclə özünə qəsd etdi
17 Noyabr 2012 Şənbə 21:32
Kaplan Mine ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Ötən gün saat 21:00 radələrində Bakının Yasamal rayonu ərazisində 15 yaşlı türk qızı özünü öldürmək istəyib. Yasamal rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə A.Şaiq küçəsi 214 ünvanında baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Kaplan Mine İbrahim qızı ülgüclə sol qolunda damarlarını doğrayıb. Qız ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun özünü öldürməyə cəhd etməsinin səbəbləri bilinmir.
Qeyd edək ki, Kaplan Minenin Bakı Türk Anadolu Litseyinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: