Bakıda 100 min dollar mənimsəyən şəxs tutulub
09 İyun 2012 Şənbə 10:56
Mobil Həsənzadə vətəndaşların etimadlarını qazanaraq dələduzluq edib.
Bakıda vətəndaşlara dələduzluq yolu ilə 100 min dollara yaxın zərər vuran şəxs tutulub. Baş Polis İdarəsindən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mobil Həsənzadə tutulub.

Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Mobil Həsənzadə dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vurub. Belə ki, Füzuli rayon sakini olan Mobil Həsənzadə Ağsu rayon sakini Dürdanə Quliyeva, Bakı şəhər sakinləri Rövşən Əliyev, Nahidə Məmmədova, Elşad Nəzərli və digərlərinin etimadlarını qazanaraq onlardan ümumilikdə 100 min dollara yaxın pul alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar