Hadisə

Bakı səmasında hərbi təyyarə yandı

Hadisə zamanı təyyarədə 14 sərnişin və 9 ekipaj üzvü olub

· Xəbərçi
Bakı səmasında hərbi təyyarə yandı
Martın 9-da “Brüssel-Qəndəhar” reysi ilə uçan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava limanında qəza enişi edib. Vesti.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Hadisə Azərbaycanın hava məkanında baş verib. Belçikanın “Barqo Alfa Foks” şirkətinə məxsus təyyarənin içində yanğın olub. Ekipaj üzvləri yanğını öz qüvvələri ilə söndürsələr də, təyyarənin komandiri Bakı hava limanına təcili eniş barədə qərar qəbul edib.

Hadisə zamanı təyyarədə 14 sərnişin və 9 ekipaj üzvü olub.

“AZAL”ın mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər