Bakı səhəri yanğınla açdı
10 Mart 2010 Çərşənbə 10:30
Yanğın nəticəsində 5 yaşlı qız uşağı yanaraq ölüb
Bu gün səhər saatlarında Bakı şəhəri Xətai rayonunda Xəqani Rüstəmov küçəsində yerləşən binada mənzillərdən birində yanğın baş verib. ANS TV-nin hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə nəticəsində evdə olan 5 yaşlı Rəqsanə Ramin qızı Məmmədova yanaraq ölüb.

Üç ailənin yaşadığı mənzilin 120 kvadratmetrə yaxın sahəsi tamamilə yanaraq yararsız hala düşüb.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərindəki qısaqapanma olub.

Qeyd edək ki, binada məcburi köçkünlər məskunlaşıb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar