Bakı şəhər İcra Hakimiyyətinə məxsus yük maşını aşdı
27 İyul 2012 Cümə 11:58
Qırla dolu maşın Dövlət Yanğınsöndürmə Xidmətinin su anbarına dəyərək aşıb.
Bu gün saat 11:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yük maşını aşıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Atatürk prospekti 5 ünvanında Bakı şəhər İcra Hakimiyyətinə məxsus “KamAZ” markalı 90 JR 150 dövlət nömrə nişanlı yük maşını içində qırla birlikdə Dövlət Yanğınsöndürmə Xidmətinin su anbarına dəyərək aşıb. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar