Hadisə

Bakı sakini qeyri-rəsmi arvadını döyərək öldürüb

Keçmiş məhkum hadisəni qısqanclıq zəminində törədib.

· Xəbərçi
Bakı sakini qeyri-rəsmi arvadını döyərək öldürüb
Bakıda qətl hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə mayın 26-ı saat 4 radələrində Xətai rayonunun Naximov küçəsində baş verib.

Kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Süleyman Şahbazov qısqanclıq zəmnində qeyri-rəsmi yaşadığı Sevinc Mehdiyevanı döyərək öldürüb. Cinayətdə təqsirli bilinən S. Şahbazov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər