Bakı sakini döyülərək öldürüldü
10 Fevral 2011 Cümə Axşamı 13:10
Faktla bağlı polis araşdırma aparır
Bakıda ölümlə nəticələnən döyülmə hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bir neçə gün əvvəl 7-ci mikrorayonda baş verib.

Bakı şəhər sakini İlkin Süleymanov Azərbaycan Beynəlxalq Universitetinin qarşısında Binəqədi rayon sakini Rəsul Rəsulov tərəfindən döyülüb. O, bədəninin müxtəlif nahiyyələrindən aldığı xəsarətlərlə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan dünən axşam saatlarında xəstəxanada keçinib.

Binəqədi rayon Polis İdarəsi və 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində R.Rəsulov saxlanılaraq istintaqa verilib.

İlkin məlumata görə, hadisə İlkin Süleymanov Rəsul Rəsulova məxsus mağazadan oğurluq edib. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı rayon Polis idarəsində istintaq aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar