Bakı sakini arvadını bıçaqlayıb
24 Fevral 2010 Çərşənbə 15:35
Bakı sakini arvadını bıçaqlayıb. Ər daha sonra evdən qaçıb.
Bakının Sabunçu rayonunda ər arvadını bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam radələrində baş verib. Bakıxanov qəsəbə sakini Aqşin Quliyev ailə münaqişəsi zəminində arvadı Şəbnəm Quliyevaya bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Xəstə dərhal Sabunçu Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Quliyev tutularaq istintaqa verilib.
Hazırda faktla bağlı AR CM-nin 126.1-ci(Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: