Hadisə

Bakı neft emalı zavodunda yanğın baş verib

Bakı neft emalı zavodunda yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb edilib.

· Xəbərçi
Bakı neft emalı zavodunda yanğın baş verib
Bu gün Babək prospektində yerləşən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın baş verib. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın saat 11:00 radələrində başlayıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb edilsə də hələlik alovun qarşısını almaq mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə fakt təsdiqləsələr də, ətraflı məlumat verilməyib.

ANS PRESS-in hadisə yerinə yollanan əməkdaşının verdiyi məlumata görə, yanğın hazırda davam edir. Əraziyə KİV nümayəndələrinin yaxınlaşmasına icazə verilmir.

Hələlik yanğının baş vermə səbəbləri bəlli deyil. ANSPRESS

Şərhlər